Quterreş BMT Təhlükəsizlik Şurasına çağırış edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasını" dövlət çevrilişlərinin artması" qarşısında çəkindirici tədbirlər görməyə çağırıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Quterreş Sudanda çevriliş cəhdindən sonra verdiyi bəyanatda deyib:

"Görürük ki, çevirilişlər gedərək artmaqdadır. Çevrilişlər qarşısında çəkindirici tədbirlər yoxdur".

Myanma və bəzi Afrika ölkələrində baş verən çevrilişlərə diqqət çəkən Quterreş çevrilişlərə qarşı heç bir təsirli çəkindirici tədbirin olmadığını ifadə edib.

Sudanda "ordunun hakimiyyətin ələ keçirilməsini" qınayan Quterreş Baş nazir Abdullah Hamduk və mülki idarəçilərin dərhal azadlığa buraxılmasını istəyib.

Yeni növ koronavirus (Covid-19) epidemiyası ilə iqtisadi və sosial problemlər qarşısında bəzi ölkələrdəki hərbi liderlərin “toxunulmazlıqları olduğunu və hər istədiklərini edə biləcəklərini düşündüklərini” qeyd edən Quterreş, BMT Təhlükəsizlik Şurasını bu sahədə çəkindirici tədbirlər görməyə çağırıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Şahmatçılarımızdan uğursuz start

SONRAKI XƏBƏR

Dəhşətli cinayət: Prokurorun başını maşına bağlayıb sürüdülər - VİDEO