Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir

Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir

“Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür".

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Paşinyanın fikrincə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası sovet dövrünün xəritələrinə əsaslanmalıdır:

“Onlar keçmiş ittifaq respublikalarının xəritələri ilə təxminən eynidir. Bəli, bu xəritələr lazımdır, bu müzakirələr lazımdır. Ancaq bu xəritələr hüquqi əsasları olan xəritələr olmalıdır. Müxtəlif illərin xəritələri bir-birinin təkrar çapıdır”.

Mənbə: www.bizimyol.info