Müxalifət Paşinyanın yeni sənəd imzalayacağı təqdirdə İSTEFASINI TƏLƏB EDƏCƏK

Müxalifət Paşinyanın yeni sənəd imzalayacağı təqdirdə İSTEFASINI TƏLƏB EDƏCƏK

Ermənistan hökuməti inkar etsə də, noyabrın 9-da Paşinyanın daha bir sənəd imzalayacağı barədə məlumat yayılıb.

KONKRET.az erməni mənbələrinə istinadla xəbər verir ki, bu gün Paşinyanla müxalifətçi deputatlar arasında keçirilən parlament görüşündə bu və digər məsələlər müzakirə olunub. Paşinyan Azərbaycanın 2020-ci ilin payız müharibəsinə hazırlığı ilə bağlı açıqlamalar verib.

Daha sonra Baş nazir və müxalifət müharibədən sonrakı vəziyyəti müzakirə etmək üçün qapalı görüş barədə razılığa gəliblər. Sonra isə hər 2 fraksiya Paşinyanla görüşdən imtina ediblər. “Ermənistan” bloku və “Mənim şərəfim” partiyası satqınla danışacaqları bir şeyin olmadığını deyərək, çıxış yolunu Paşinyanın istefasında görüblər.

Noyabrın 9-da kapitulyasiya paktının imzalanmasının ildönümündə Paşinyanın daha bir analoji sənəd imzalayacağı təqdirdə, müxalifətçilər aksiyalara başlayacaqlarını bildiriblər.

“Ermənistan” fraksiyası küçə döyüşlərini bərpa edəcək – Bu dəfə ciddi addım gözləməliyik !!!”, – deyə onlar vurğulayıblar.

Xuraman Etibarlı

Mənbə: konkret.az