Mixail Saakaşvili ilə görüşməyə gələn ukraynalı ombudsman açıqlama verdi

Mixail Saakaşvili ilə görüşməyə gələn ukraynalı ombudsman açıqlama verdi

Ukraynanın Xalq Müdafiəçisi Lüdmila Denisova hazırda Rustavi həbsxanasında Mixail Saakaşvili ilə görüşür.

Cia.az xəbər verir ki, Denisova Gürcüstanın üçüncü prezidentinin səhhəti və hüquqi vəziyyəti ilə maraqlanır.

Ombudsman ukraynalı vəkilin Gürcüstana buraxılmamasına da münasibət bildirib və məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini qeyd edib.

"Bu gün biz Ukrayna vətəndaşı Mixail Saakaşviliyə baş çəkmək imkanına sahib olduq. Onun səhhəti ilə bağlı məlumat almaq istəyirəm, çünki o, 27 gündür aclıq aksiyası keçirir. Maraqlıdır, o, yerli xəstəxanada müalicə oluna bilərmi? Şəxsi həkimi ilə danışmaq istəyirəm.

Həkimlər hər gün analizlər götürürlər və bu analizlərin nəticələri mənim üçün çox maraqlıdır. Onun həyatını dəstəkləmək, hansı hüquqlarının pozulduğunu öyrənmək lazımdır.

Mənimlə başqa bir nəfər, ukraynalı vəkil də gəlirdi, ona sərhədi keçməyə icazə verilmədi, onu geri qaytardılar. Bu məsələ ilə bağlı mütləq aidiyyatı orqanlara müraciət edəcəyik. Mən ilk növbədə Mixail Saakaşvili ilə görüşməli və onun şəxsən nə istədiyini öyrənməliyəm. Bundan sonra necə hərəkət edəcəyimə dair qərar qəbul edəcəyəm", - ombudsman bildirib.

 

Mənbə: cia.az