Türkiyəyə meydan oxuyan şirkətdən İFLAS BAYRAĞI - Silah embarqosu tətbiq etmişdi

Türkiyəyə meydan oxuyan şirkətdən İFLAS BAYRAĞI - Silah embarqosu tətbiq etmişdi

Vətən müharibəsində Azərbaycanı dəstəklədiyi üçün Türkiyəyə silah embarqosu tətbiq edən Kanada şirkəti iflas edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KPMG-nin hesabatında qeyd edilib.

Bildirilir ki, əsas alıcısı “Türk Aviasiya və Kosmik Sənaye” olan “Telamus” şirkəti tətbiq etdiyi embarqo nəticəsində iflas edib.

Hökumət basqısı ilə embarqo addımı atan şirkət dəfələrlə sözügedən qadağanın aradan qaldırılması ilə bağlı rəsmilərinə danışıqlar aparsa da, bir nəticə hasil olmayıb.

Milyonlarla dollar itirən şirkət son vəziyyətdə iflasını elan edib.

Xatırladaq ki, İkinci Qarabağ Savaşının gedişində Türkiyə pilotsuz uçuş aparatlarında (PUA) Kanada istehsalı kameralardan istifadə edildiyi üçün həmin şirkət embarqo tətbiq etmişdi.

Mənbə: yenicag.az