Erməni ekspert: “Noyabrın ilk ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyinə qərar veriləcək”

Erməni ekspert: “Noyabrın ilk ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyinə qərar veriləcək”

“Noyabrın ilk ongünlüyündə təkcə Ermənistanın deyil, bütün regionun taleyinə qərar veriləcək”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan yazıb.

Onun sözlərinə görə, vətənsiz şəxs, sülh dövrü dedikdə bu, bütün regionda uzunmüddətli, dəhşətli müharibə deməkdir.

“Azərbaycan və Türkiyə hərbi yolla dəhlizi saxlamağa çalışacaq. Rusiya burada dominantlığını saxlamaq üçün çoxvektorlu siyasətdən aydın addımlara keçəcək. Gürcüstan, 90-cı illərdə və bu 44 günlük müharibədə olduğu kimi, yumşaq dildə desək, nə Azərbaycanı, nə də Türkiyəni incitməyəcək”, - deyə Gevorqyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az