“Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, ziyarət edərdim” – Polad Həşimovun anası

“Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, ziyarət edərdim” – Polad Həşimovun anası

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanın Anakarada Azərbaycan Xalq Cümhiruyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməsi maraqla qarşılandı. Şəhid anasının bu addımını təqdir edənlər çox olsa da, hadisəyə siyasi rəng verənlər də tapıldı. Bəzi sosial şəbəkə iştirakçıları Səmayə Həşimovanın ziyarətini şəxsi maraqları prizmasından dəyərləndirməklə, siyasi müzakirələrə rəvac verdilər.

Səmayə Həşimova Yenisabah.az-a açıqlamasında bu müzakirələrdən təəssüfləndiyini bildirib. Deyib ki, onu təxribata çəkmək cəhdi yersizdir:

“Mən təxribat adamı deyiləm, el adamıyam. Şimali Kipr Prezidenti tərəfindən Türkiyədə tədbirə dəvət olunmuşdum.

Oğlum Polad Həşimovun adına medal aldım. Bizi tədbirdən hara göndərdilərsə, ora da getdik. Heydər Əliyevin Türkiyədə məzarı var? Xeyr. Mən orada Atatürkün və Rəsulzadənin məzarını ziyarət etmişəm. Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, məmnuniyyətlə ora da gedərdim.

Şəhid ailələri, anaları öz övladlarının şəhidliyinin dərdini çəkirlər. Şəhid ana, atası olmayanlar şəhid valideynlərini öz tərəflərinə çəkir, onları təxribatlara yönəldirlər. Həmin valideynlər şəhid valideyni ola bilməzlər, lakin dərdli valideyn olsalar, o zaman bizi başa düşərlər”.

Mehri Qurban

 

Mənbə: yenisabah.az