İranlı partiya sədri həddini aşdı: ““Azərbaycan İsraillə sevişmək istəsə...“

İranlı partiya sədri həddini aşdı: ““Azərbaycan  İsraillə sevişmək istəsə...“

"Əgər sionist rejimin (İsrail - red.) Azərbaycandakı bazasının İrana qarşı işlədiyi hiss olunarsa, biz mütləq həssas davranacaq və mövqe nümayiş etdirəcəyik".

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran Demokratiya Partiyasının baş katibi Mustafa Kəvakəbian bildirib. O, öz bəyanatında qeyri-etik və siyasətçiyə yaraşmayan ifadələr işlədib.

Kəvakəbian Partiyalar Palatansının iclasında çıxış edərkən deyib:

"Azərbaycan hökuməti sionist rejimlə "sevişmək" istəyib-istəməməsi əsas məsələ deyil. Əgər sionist rejimin (İsrail - red.) Azərbaycandakı bazasının İrana qarşı işlədiyi hiss olunarsa, biz mütləq həssas davranacaq və mövqe nümayiş etdirəcəyik".

Mənbə: yenisabah.az