Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib. Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır.

Üç mərhələdən ibarət müsabiqədə ilk olaraq şəxsi heyətə, silah və texnikaya baxış keçirilib. Sonra hərbi hissədə qoşun xidmətinin təşkili və maddi-texniki vasitələrin saxlanma şəraiti yoxlanılıb.

Sonda atəş hazırlığı və digər taktiki normativləri icra edən bölmələrin döyüş hazırlığı qiymətləndirilib.
Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

DİM-də qəbul imtahanları proqramlarının müzakirəsi aparılıb

SONRAKI XƏBƏR

Avropa İttifaqı Ermənistanın “COVID pasportu“nu tanıdı