Erməni ekspert: “Demarkasiyaya dair üçtərəfli sənəd Qarabağla əlaqəli olmasa, o zaman müəyyən qədər razı qala bilərik”

“Bir anlıq təsəvvür edək ki, tərəflər Rusiyanın vasitəçiliyi və səyləri ilə Ermənistan-Azərbaycan dövlət sərhədlərinin demarkasiya və delimitasiyasına dair üçtərəfli başlanğıc sənədini razılaşdırmaq və imzalamaq istiqamətində addımlar atır”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində hərbi-siyasi məsələlər üzrə erməni ekspert Armine Marqaryan yazıb.

Onun sözlərinə görə, Ermənistan bənzər başlanğıc sənədinin imzalasnmasını yalnız o halda nəzərdən keçirə bilər ki, orada Ermənistan-Azərbaycan məsələsinin həlli ətrafında danışıqların ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və mandatı altında həll edilməsi ilə bağlı aydın ifadə olsun.

“Demarkasiya və delimitasiyaya dair üçtərəfli sənəd Qarabağ məsələsi ilə əlaqəli olmasa, o zaman müəyyən qədər razı qala bilərik”, - deyə Marqaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu lisey koronavirusa görə BAĞLANDI

SONRAKI XƏBƏR

Neft Fondu valyuta hərraclarındakı satışını - 22% AZALDIB