“Türkiyə Cənubi Qafqazda daha çox nüfuz qazanıb“ - Ermənistan prezidenti

“Türkiyə Cənubi Qafqazda daha çox nüfuz qazanıb“  - Ermənistan prezidenti

"Türkiyənin strategiyasında heç nə dəyişməyib, çünki Qafqaz və ya Cənubi Qafqaz müharibəsi Türkiyə ilə bağlı olan yeganə müharibə və ya problem deyildi" Bu, Ankaranın regional və qlobal siyasətinin bir hissəsidir".

Yenisabah.az xəbər verir ki, bunu RBC-yə müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan deyib.

O, Türkiyənin Liviya, İraq, Suriya, Livanda mövcudluğunu, Aralıq dənizindəki problemləri, həmçinin Ankaranın Aİ sərhədləri yaxınlığında saxladığı çoxlu sayda miqrantı xatırladaraq, Avropanın əslində Türkiyənin girovuna çevrildiyini qeyd edib. "Əgər bir neçə yüz minlərlə və ya milyonlarla qaçqın Avropada tapılarsa, sabitlikdən danışmaq çox çətin olacaq”.

“Sonuncu müharibə Türkiyənin siyasətinin davamıdır. Bölgədə daha çox nüfuz sahibi olmaq cəhdi... Türkiyə Cənubi Qafqazda daha çox nüfuz qazanıb, biz istəsək də, istəməsək də. Bu gün o, Gürcüstanda iqtisadi cəhətdən böyük nüfuza malikdir. Səhv etmirəmsə, Gürcüstanın ticarətinin təxminən 40%-i və ya daha çoxu Türkiyə ilə gedir. Bu o deməkdir ki, türk lirəsindəki dalğalanmalar gürcü larisində də təsir göstərir. İndi Türkiyə Azərbaycana çox güclü şəkildə daxil olub... Bu müharibədən sonra Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna və ümumiyyətlə, Azərbaycanın suverenliyinə təsiri çox böyükdür. Ankaranın Azərbaycan iqtisadiyyatına və müvafiq olaraq logistikaya, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinə təsiri var. Yəni Türkiyə hərbi-siyasi müstəvidə daha təsirli olub. Digər tərəfdən, Türkiyə iqtisadiyyatı dünyanın ən yaxşı iqtisadiyyatı deyil. Beləliklə, iqtisadi tənəzzül çoxlu fəaliyyətlə kompensasiya olunur. Amma bu, Türkiyə prezidentinin seçimidir”.

 

Mənbə: yenisabah.az