Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçildi

Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçildi

Məhkəmə-Hüquq Şurasına iki yeni üzv qəbul edilib.

Bu barədə Unikal.org-a Şuradan məlumat verilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub.

Qeyd edilib ki, həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb: “Nnamizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

Mənbə: www.unikal.org