“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq” – Ölkə liderindən şok iddia

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib.

Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib:

“ABŞ-la uzunmüddətli əlaqələrimizi nəzərə alsaq, bəli, inanıram”.

O, ABŞ Konqresi və xalqının dəstəyini hiss etdiklərini söyləyib:

“Hər gün artan təhlükə qarşısında özümüzü və demokratiyamızı qorumağa, 23 milyonluq xalqımızın haqqı olan azadlığını təmin etməyə çalışırıq”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev Ərdoğanla FOTOsunu paylaşdı

SONRAKI XƏBƏR

“Turkovak” “Sinovak”dan 6 dəfə güclüdür