Fransa İngiltərəni hədələdi: "Başqa yol qalmadı, güc tətbiqi..."

“İngiltərə hökuməti sadəcə “güc dilindən” anlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Avropa Birliyi (AB) üzrə dövlət naziri Klement Beaune iki ölkə arasında davam edən balıq problemi haqqında danışarkən deyib.

Nazir əlavə edib ki, İngiltərəyə məxsus gəmilərin əksəriyyətinin Fransadakı limanlara daxil olması mümkün olmayacaq. Onun sözlərinə görə, İngiltərədən gələn və ya ora gedən ingilisyük maşınları və gəmilərinə sistematik olaraq nəzarət ediləcək: “Artıq nəzarət dünən gecədən başlanıb”.

Beaune bu mövzuda xoş rəftar göstərilməyəcəyini də açıqlayıb. Qaydalara əməl etməyən bir “ortaq”la güvən mühitində ola bilməyəcəklərini ifadə edən nazir “indi güc dili ilə danışmaq məcburiyyətindəyik, çünki İngiltərə hökumətinin yalnız bunu başa düşməsindən qorxuram” - deyib.

Fransa hökumətinin sözçüsü Qabriel Attal da davam edən balıq problemi səbəbindən İngiltərəyə qarşı 2 noyabr tarixindən cavab tədbirləri görəcəklərini açıqlayıb.

2021-ci ildə balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı Aİ və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, lakin xüsusilə fransız balıqçılar müəyyən edilmiş bölgələrdə fəaliyyət göstərə bilməyiblər.

Cersi adasının idarəçiliyi öz ərazi sularında balıq tutmağa davam etmək istəyən fransız balıqçı gəmilərindən keçmiş fəaliyyətlərinə dair sübut təqdim etmələrini tələb etmişdi. Bu davranış İngiltərə ilə Fransa arasında gərginliyə səbəb oldu. Fransa adanı elektrik enerjisini kəsməklə hədələyib və adanın limanını bağlayıb.

İngiltərə hökuməti buna qarşılıq olaraq Cersi adasına iki donanma gəmisi göndərib. Bundan sonra Fransa da əraziyə iki hərbi gəmi göndərmək qərarını verib.

Kanal adalarından biri olan Cersidə elektrik enerjisinin 95 faizi təqribən 14 mil məsafədə yerləşən Fransa tərəfindən təmin edilir. Unikal administrasiyası və kraliçanın nümayəndəsi tərəfindən idarə olunana ada beynəlxalq arenada İngiltərə ilə təmsil olunur.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Tovuzda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub

SONRAKI XƏBƏR

Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən XƏBƏR VAR - FOTO