Ermənistan BQ rəisinin yeganə müavini də vəzifəsində çox qala bilməyəcək

Ermənistan BQ rəisinin yeganə müavini də vəzifəsində çox qala bilməyəcək

“Məlum olduğu kimi, iki gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts parlamentdə idi”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Koçunts həm jurnalistlərin, həm də deputatların suallarını cavablandırmaqdan imtina edib.

“Bəs yeni təyin olunan müavini parlamentə niyə ezam etmişdilər? Məsələ burasındadır ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinlərindən biri olan Stepan Qalstyan həbsdədir, digər müavin Andranik Makaryana qarşı müharibə ilə bağlı açılmış cinayət işi var, Ermənistanın 2-ci ordu korpusunun komandiri olmuş başqa bir müavin Arayik Harutyunyan isə yenidən rəis müavini vəzifəsinə təyin edilib. Bütün bunaları nəzərə alaraq Kamo Koçuntsu parlamentə ezam etmək barədə qərar qəbul edilib. Yeri gəlmişkən, artıq Müdafiə Nazirliyində belə söz-söhbətlər yayılıb ki, Kamo Koçunts peşəkar general olsa da, Baş Qərargah rəisinin müavini vəzifəsində çox qala bilməyəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az