Ukrayna ordusu Staromaryevka yaşayış məntəqəsini tutub

Ukrayna ordusu Staromaryevka yaşayış məntəqəsini tutub

Ukrayna ordusu Staromaryevka yaşayış məntəqəsini tutub. O, boz sahədə, Kiyev tərəfindən nəzarət olunan ərazilərlə “Donetsk xalq respublikası” (DXR) arasında təmas xəttində yerləşir.

You-Tube kanalının efrindən (BREAKING NEWS) uyğun bəyanatla oktyabrın 28-də “dxr” başçısı Denis Puşilin çıxış edib. Bu zaman o, xatırladıb ki, sözügedən yaşayış məntəqəsi “Donetsk xalq respublikası”nın təminatındadır.

«Yerli sakinlərdən daxil olan məlumatlar göstərir ki, onların hüquqları pozulur. Orada 184 adam yerləşir, onların 180-i “dxr” vətəndaşı, 37-si isə Rusiya vətəndaşıdır - onlar Dövlət Dumasına deputat seçkilərində səs veriblər» - Puşilin dəqiqləşdirib.

Onun sözlərinə görə, bütün bunlar yerli sakinlərdə öz təhlükəsizlikləri barədə ciddi narahatlıq doğurur. Bu zaman “dxr” başçısı xəbər verib ki, Ukrayna silahlı qüvvələrinin hərbçiləri tələskənliklə yeni əldə olunmuş mövqelərin möhkəmləndirilməsinə girişiblər.

«Bu gün, gün ərzində onlar öz mövqelərinin möhkəmləndirilməsi ilə məşğul olublar, boş və ya yarıdağılmış evlərdən blindajlar qururlar» - Puşilin deyib.

 

Mənbə: azpolitika.info