Rəsmi Moskvadan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Rəsmi Moskvadan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun artıq 8 iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün tərəflər işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir.

“Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı bütün məsələlər, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı mübahisələrin həlli üçün ən yaxşı format Azərbaycan, Ermənistan və Rusiya baş nazirinin müavinlərinin iştirakı ilə yaradılan üçtərəfli işçi qrupudur.”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.

Mənbə: www.unikal.org