Ukrayna paytaxtı qapanmaya gedir

Ukrayna paytaxtı qapanmaya gedir

Ukraynanın paytaxtı Kiyevdə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin kəskinləşməsi səbəbindən noyabrın 1-dən etibarən karantin tədbirləri sərtləşdiriləcək.

Modern.az-ın məlumatına görə, bunu Kiyevin meri Vitali Kliçko brifinq zamanı deyib.

O bildirib ki, həmin tarixdən etibarən yalnız vaksin olunmuş və ya mənfi test nəticəsinə malik vətəndaşlar işə, ictimai yerlərə gedə və ictimai nəqliyyatdan istifadə edə biləcək.

Eyni zamanda, kafe, restoranlar, ticarət mərkəzləri və idman zalları yalnız bütün əməkdaşların tam vaksinlənməsi şərti ilə fəaliyyətini davam etdirəcək.

Məktəblər və ali tədris müəssisələrinin işi distant formatda davam etdiriləcək.

Qeyd edək ki, Ukraynada son bir həftə ərzində koronavirusdan ölüm halları 36 faiz artıb.

Mənbə: modern.az