Sarkisyan sərhədlərlə bağlı Putinə məktub yazıb

Sarkisyan sərhədlərlə bağlı Putinə məktub yazıb

Ermənistan prezidenti Armen Sarkisyan Vladimir Putinə məktubla müraciət edərək Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsində köməklik göstərilməsini xahiş edib. Sarkisyan, bu barədə RBK-yə müsahibəsində bildirib.

Sarkisyan əlavə edib ki, sərhədlərinin müəyyənləşdirilməsində çətinliklər Dağlıq Qarabağdakı münaqişənin yaranması fonunda başlayıb. “Sonra mən Vladimir Vladimiroviç Putinə də məktub yazdım, bu məktubda belə bir fikri ifadə etdim ki, problemin mümkün həllini sovet xəritələrində axtarmaq lazımdır...”, – Ermənistan prezidenti bildirib.

Siyasətçi vurğulayıb ki, sovet xəritələrinin dəyəri ondadır ki, onlar həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının ortaq tarixini əks etdirir. Sarkisyan onu da qeyd edib ki, Rusiyanın iştirakı olmadan sərhəd problemini həll etmək mümkün deyil.(virtualaz.org)

Mənbə: pia.az