Taliblər ilk qəzetlərini nəşr etdilər - "Shariat"

Noyabrın 3-də Əfqanıstanda taliblərin «Shariat» qəzetinin ilk nömrəsi çapdan çıxıb.

Bu barədə noyabrın 4-də hərəkat nümayəndəsi Əlhənəfi Vardakın Tvitter səhifəsinə istinadla «avesta.tj» xəbər verib.

Bildirilir ki, nəşr həftəlik olacaq. Onun səhifələrində hər şeydən əvvəl taliblərin rəsmi xəbərləri dərc olunacaq.

Bu günə olan vəziyyətə «Polis Radiosu»nun (taliblərin DİN) fəaliyyəti də bərpa olunub. Bu barədə Tvitterdə hərəkatın digər nümayəndəsi İmamulla Samanqani xəbər verib.

Onun sözlərinə görə, radioverilişlərin bərpası xüsusi mərasimdə baş tutub. Mərasimdə DİN əməkdaşları, bəzi KİV-in rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Tanınmış meyxanaçıların olduğu maşın aşıb

SONRAKI XƏBƏR

Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub