Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistana təhlükədir - Erməni ekspert

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistana təhlükədir - Erməni ekspert

“Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin suverenliyinə təhlükədir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Ermənistan televiziyasında canlı yayımda erməni ekspert səsləndirib.

Son günlər Ermənistan media məkanında Rusiyanın Gümrüdə yerləşən102-ci hərbi bazasının legitimliyi və məqsədəuyğunluğu məsələsi aktiv şəkildə müzakirə olunur.

Bu dəfə isə erməni ekspert bəyan edib ki, Rusiya bu hərbi baza ilə öz hərbi-siyasi məsələlərini həll edir, Ermənistanın heç bir problemini həll etmir.

“Qarabağ müharibəsi zamanı biz bütün bunları öz gözümüzlə gördük, bu baza bizə ancaq baş ağrısıdı”, – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı bazası, ilk növbədə, ölkənin suverenliyinə təhlükədir. Rusiyanın buna münasibəti necə olacaq, maraqlıdır…

Xuraman Etibarlı

 

Mənbə: konkret.az