Baş nazir cəbhə xəttinə gəldikdən sonra… - Ölkəni ayağa qaldıran foto

Baş nazir cəbhə xəttinə gəldikdən sonra… - Ölkəni ayağa qaldıran foto

Efiopiyada qiyamçılarla hökumət qüvvələri arasında qarşıdurma davam edir. Ölkədə çəkilən son foto isə böyük səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Efiopiya Baş naziri Abiy Əhməd cəbhəyə getdikdən sonra qiyamçıların social şəbəkədə paylaşdığı fotoda minlərlə əsir əsgərin görüntüləri yer alıb.

Qiyamçı Tiqrey Xalq Azadlıq Cəbhəsinin (TPLF) paytaxt Əddis-Əbəbəyə yaxınlaşması ilə bütün dünyanın diqqəti bu Şərqi Afrika ölkəsinə yönəlib. Noyabr ayında döyüşlər yenidən şiddətlənib, qiyamçılar Əddis-Əbəbədən 400 kilometr aralıda olan iki şəhəri ələ keçiriblər. Paytaxt sakinlərinə silahlarını qeydiyyatdan keçirmək və şəhərin müdafiəsinə hazır olmaq çağırışı edilib.

2019-cu ildə Nobel sülh mükafatı alan Efiopiya Baş naziri Abiy Əhməd bazar ertəsi qiyamçılarla mübarizə aparmaq üçün cəbhə xəttinə gedəcəyini açıqlayıb.

Təxminən 5 milyon insanın yaşadığı paytaxta yürüş edən qiyamçı TPLF sosial şəbəkə hesabında Abiy Əhmədin cəbhəyə getməsindən sonra minlərlə efiopiyalı əsgərin əsir düşdüyünü göstərən görüntü paylaşıb.

Mənbə: teleqraf.com