“Pegasus” casus proqramı ilə Ermənistan MTX-nin keçmiş direktorunu gizli dinləməyə çalışıblar

“Bu gün “Apple” şirkətindən məktub aldım, ən azı 2 səbəbə görə bunu açıqlamaq qərarına gəldim”.
Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan yazıb.

Onun sözlərinə görə, “Pegasus” proqramı ilə təkcə özünün yox, həmçinin yaxın ətrafının və ailə üzvlərinin teleonlarına hücum edilib.

“Bu məktubda “Apple” şirkəti telefonu təhlükəsiz saxlamaq üçün məsləhətlər verir, məncə, bu, geniş yayılma mövzusudur”, - deyə Vanetsyan qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb

SONRAKI XƏBƏR

Müşviqin İspaniya gəzintisi - FOTOlar