XİN: "Rusiya Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpasına diqqət yetirir"

“Rusiya regiondakı sabitliyi gücləndirmək, Azərbaycanla Ermənistan arasında dinc münasibətlər qurmaq üçün addımlar atır”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 26 noyabr tarixində nəzərdə tutulan Soçi görüşünə dair suala cavab verərkən deyib.

Regionda sabitliyin gücləndirilməsi, dinc həyatın bərqərar olması üçün Rusiyanın əlindən gələni etdiyini deyən XİN sözçüsü daha sonra qeyd edib:

“Əsas diqqət iqtisadi-ticari əlaqələrin, nəqliyyat bağlantılarının bəırpasına yönəldilir”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Cabir İmanov Röya üçün mahnı bəstələdi - VİDEO

SONRAKI XƏBƏR

Qapalı görüşün SİRLƏRİ AÇILDI: Paşinyan Zəngəzur dəhlizi ilə bağlı nələr deyib?