"Gələcəkdə alternativ İrəvanın harada olacağını bilmirəm" - Ohanyan

"Gələcəkdə alternativ İrəvanın harada olacağını bilmirəm" - Ohanyan

"Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyası sülhə və Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinə qarşı deyil, lakin müvafiq şərtlər olmadan və Ermənistan maraqlarının itirilməsi hesabına yox". Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Ohanyan qeyd edib ki, demarkasiya və delimitasiya üçün zəruri şərt rəqib dövlətlərin sülh şəraitində yaşamağa hazır, xüsusən də lazımi səviyyədə diplomatik münasibətlərə və qarşılıqlı etimada malik qonşu dövlətlərə çevrilməsidir.

"Aydındır ki, yaranmış vəziyyətdə bu prosesi həyata keçirmək üçün lazımi şərait yoxdur. Gələcəkdə alternativ İrəvanın harada olacağını bilmirəm", - deyə o bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az