Qapalı görüşün SİRLƏRİ AÇILDI: Paşinyan Zəngəzur dəhlizi ilə bağlı nələr deyib?

Qapalı görüşün SİRLƏRİ AÇILDI: Paşinyan Zəngəzur dəhlizi ilə bağlı nələr deyib?

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Zəngəzurda icma rəhbərləri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, görüşdə Qafan, Gorus, Mehri, Sisian rayonlarının rəhbər şəxsləri, o cümlədən, Teq, Tatev, Qorayk kəndlərinin icma başçıları və digərləri iştirak edib.

Görüşün məqsədi, gündəliyi açıqlanmır. Lakin Ermənistan mediası yazır ki, toplantı Soçi görüşündə razılaşmalar və bu razılaşmaların icrası ilə bağlı olub.

Görüşdə iştirak edən Gorus merinin müavini Karen Koçaryan deyib ki, bölgədəki vəziyyət müzakirə olunub: “Sünikdə (Zəngəzur) sərhədlərin qorunması problemi var. Baş nazirlə görüşdən sonra sərhədlərin qorunması ilə bağlı məsələdə narahatlığım daha da dərinləşdi. Sünikin sərhədləri və müdafiəsi ilə bağlı narahatlıqlar dərinləşir, başqa heç nə deyə bilmərəm”.

Erməni jurnalist sual verib: Paşinyan “dəhliz verilməsə, Azərbaycan bunu müharibə ilə alacaq” sözlərini dedi?

K.Koçaryan cavabdan yayınıb və “daha dərinə getməyək, söyləyə biləcəklərimi danışdım” deyə bildirib.

Erməni mediası Paşinyanın görüşdə Zəngəzur dəhlizinin verilməsinin vacibliyini izah etdiyini qeyd edir.

Asif

 

Mənbə: publika.az