Türkiyə bununla ABŞ-ın təhlükəli rəqibi olacaq - Forbes jurnalı

Türkiyə bununla ABŞ-ın təhlükəli rəqibi olacaq -  Forbes jurnalı

"Forbes" jurnalı Türkiyənin pilotsuz hava və quru aparatları texnologiyası sahəsində əldə etdiyi uğurlar nəticəsində ABŞ-ın bu bazarda ən ciddi iki rəqibindən biri olacağını yazıb.

Manşet.az xəbər verir ki, bu barədə ekspert David Hamblinqin sözügedən nəşr üçün yazdığı məqalədə qeyd olunub.

ABŞ PUA-larının gücündən geniş danışan Hamblinq bu hərbi texnikanın təlimlərdə istifadə olunmağa başlandığını bildirib. O bu sahədə ən ciddi rəqib kimi Türkiyə və Rusiyanı göstərib.

Hamblinq Türkiyə yaxın illərdə İHA-larda olduğu kimi robot hərbi texnika sahəsində də bu bazarda əhəmiyyətli bir güc olacağını vurğulayıb.

Mənbə: manset.az