Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı

Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı

“Rusiya tərəfinin diqqəti Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına yönəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə sabah Soçidə keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə suala cavab verərkən deyib.

Zaxarova bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında yüksək səviyyəli görüşləri şərh etmək Rusiya Prezidenti Administrasiyasının səlahiyyətindədir.

“Deyə bilərəm ki, regionda sabitliyin möhkəmlənməsi və dinc həyatın qurulması üçün bütün mümkün tədbirləri görürük. Əlbəttə, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına xüsusi diqqət ayrılır”, - deyə Zaxarova əlavə edib.

Mənbə: qafqazinfo.az