Saakaşvilidən yeni tələb: "Sabahdan müalicəni dayandıra bilərəm..." - FOTO

Saakaşvilidən yeni tələb: "Sabahdan müalicəni dayandıra bilərəm..." - FOTO

Hazırda həbsdə olan Gürcüstanın eks-prezident Mixeil Şaakaşvili yeni tələb irəli sürüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.

“Əgər sabahdan deputatların yanıma gəlməsinə icazə verilməsə, müalicə kursundan imtina etdiyimi bəyan edəcəyəm və yalnız həbs edilməzdən əvvəl mənə yazılan dərmanları qəbul edəcəyəm”, - deyə M.Saakaşvili bildirib.
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb. O, bundan sonra 50 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

Bizim.Media

Mənbə: bizim.media