Erməni jurnalist: “Azərbaycan Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını istəyir”

Erməni jurnalist: “Azərbaycan Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını istəyir”

“Bəziləri demarkasiyanı 1920-ci illərin, bəziləri isə 1970-ci illərin xəritələri ilə həyata keçirəcəklərini deyir”.
Ordu.az xəbər verir ki, bunu İrəvanda, Respublika meydanında keçirilən mitinq zamanı erməni jurnalist Nairi Hoxikyan deyib.

Onun sözlərinə görə, Paşinyan deyib ki, Ermənistanın Sovet İttifaqından ayrıldığı xəritələri rəhbər tutacaqlar.

“Bu, Ermənistan üçün fəlakətli xəritədir, fəlakətli demarkasiyadır”, - deyə Hoxikyan qeyd edib.

Erməni jurnalist deyib ki, Azərbaycan Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını istəyir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az