"Soçidə demarkasiya və delimitasiyaya başlamaq barədə qərar qəbul oluna bilər"

"Soçidə demarkasiya və delimitasiyaya başlamaq barədə qərar qəbul oluna bilər"

"Soçidə baş tutacaq İlham Əliyev-Vladimir Putin-İlham Əliyev üçtərəfli görüşündən gözlənilə bilən maksimum şey Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiyaya başlamaq barədə qərar və bu məsələ ilə məşğul olan hökumət komissiyası formalaşdırmaq niyyətinin təsbitidir". Ordu.az xəbər verir ki, bunu erməni politoloq Styopa Səfəryan bildirib.

O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 23-də mətbuat konfransında verdiyi cavablara əsasən, Soçi danışıqlarının gündəliyində başqa sənəd olmayacaq.

"Soçidə demarkasiya və delimitasiyaya başlamaq barədə qərar qəbul oluna bilər", - deyə Səfəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az