İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş vermiş qəza nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün həlak olanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 noyabr 2021-ci il.

Mənbə: www.oxu.az