Aleksey Overçukun regiona səfəri - VİDEO

Aleksey Overçukun regiona səfəri - VİDEO

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun regiona səfəri böyük maraqla qarşılanıb. İlk növbədə ona görə ki, bir tərəfdən rusiyalı baş nazirin səfərinin bölgədə vəziyyətin normallaşdırılmasına xidmət etdiyi deyilsə də, digər tərəfdən əsas müzakirə mövzusunun regional kommunikasiya xətlərinin açılması ilə bağlı olduğu istisna olunmur.

Diqqət çəkən başqa bir məqam isə, Overçukun səfərinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündən öncəyə təsadüf etməsidir.

Sadalananlardan aydındır ki, Soçi görüşü sərhədlərin demarkasiya və delimitasiyası, iki ölkə arasında gərginliyin azaldılması, eyni zamanda, regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

 

Mənbə: www.realtv.az