Merkel və Zelenski Donbasdakı vəziyyəti müzakirə etdi

Merkel və Zelenski Donbasdakı vəziyyəti müzakirə etdi

Almaniya kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir.

Tərəflər Minsk razılaşmasının öhdəliklərinin icrası üçün “Normand formatı”nda fəaliyyətin davam etdirilməsi yönündə razılığa gəliblər.

Merkel və Zelenski həmçinin Rusiya-Ukrayna sərhədində təhlükəsizliyi və Ukraynanın şərqində vəziyyəti müzakirə ediblər.

 

Mənbə: axar.az