Türkiyə Təhlükəsizlik Şurası: “Ermənistan verilən şansdan istifadə etməlidir”

Ermənistan sülhün bərqərar olunması üçün fürsətdən yararlanmalı, atəşkəs rejiminə tam olaraq riayət etməli və əməkdaşlığa sadiq qalmalıdır.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının yekunlarına dair bəyanatda deyilir.

“Ermənistan ona uzadılan sülh əlini şans kimi dəyərləndirməli, atəşkəs rejiminə tam əməl etməli və əməkdaşlığa sadiqlik nümayiş etdirməlidir”, - deyə sənəddə xüsusilə qeyd olunub.

Həmçinin, bildirilib ki, Ankara Türkiyənin qonşuları arasında fikir ayrılıqlarının beynəlxalq hüquq normaları və onların ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıdır.

Mənbə: “Anadolu”

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rus deputatdan həyasız çıxış: “Qarabağ müstəqil dövlət olmalıdır”

SONRAKI XƏBƏR

"Qızıl oğlan" mükafatının qalibi ili vaxtından əvvəl başa vurub