Ərəb general “İnterpol”un yeni rəhbəri oldu

BƏƏ-dən olan general Əhməd Nasir əl-Rəisi “İnterpol”un prezidenti seçilib.

Bu barədə təşkilatdan məlumat verilib.

“Birləşmiş Ərəb Əmirliklərindən olan cənab Əhməd Nasir ər-Rəisi (dörd il müddətinə) prezident seçilib”, - deyə “İnterpol”un “Twitter” hesabında bildirilib.

Qeyd edək ki, ondan əvvəl “İnterpol”un prezidenti Cənubi Koreyadan olan Kim Çjon Yan olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qərb Türkiyəyə qarşı iqtisadi müharibə aparırmı?

SONRAKI XƏBƏR

Avstraliyada 175 metrlik elektrostansiya partladıldı - VİDEO