Tiflis "3+3" formatına niyə qoşulmur? - Əsas qorxu

Tiflis "3+3" formatına niyə qoşulmur? - Əsas qorxu

Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev Tiflisin "3+3" mexanizminə qoşulmağın hazırda Gürcüstanın gündəmində olmadığı barədə bəyanatını şərh edərkən deyib.

"Gürcüstanın bugünkü xarici siyasəti Qərbin, yəni Aİ və ABŞ-ın bu siyasəti dəstəkləməsinə əsaslanır. Gürcüstan Rusiyanın da olduğu "3+3" formatına girəcəyi təqdirdə Qərblə əlaqələrinin zəifləyəcəyindən qorxur", - Silayev vurğulayıb.

Tiflisin Rusiya və Türkiyə ilə birbaşa dialoq qurmaqdan çəkindiyini bildirən Silayev bu səbəblərdən Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacağını proqnozlaşdırıb.

Mənbə: axar.az