Paşinyanın namizədi kafel oğrusu çıxdı

Ermənistanda arxada qalan bələdiyyə seçkilərində Dərələyəz mahalının Soylan rayonunda (ermənilər Vayk deyirlər) hakim "Mənim addımım" blokunun namizədi Mxitar Matyosyanın qələbə çala bilməməsinin bəzi səbəbləri ortaya çıxıb.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, Mxitar Matyosyan sadə xalq arasında kafel oğrusu kimi tanınır.

O, "Mavşin" şirkətinin direktoru olarkən dövlət büdcəsindən 4 milyard dramdan artıq vəsaiti müxtəlif yollarla mənimsəməkdə ittiham edilir. Hətta 2000-ci illərin əvvəllərində o, rüşvət qalmaqallarına görə məhkəmə qarşısına da çıxıb.

Üstəlik, Mxitar Matyosyanın kriminal keçmişinin olduğu da vurğulanır. Onun Ermənistandakı kriminal dairələrlə oturub-durduğu bildirilir. Bu barədə "Hraparak"ın araşdırmasında da qeyd olunub.

 

Yerli camaat Matyosyanın "çapıb-talamaq ustası" olduğunu, Soylanın kiçik büdcəsinin Mxitar üçün çox cüzi gəldiyini deyərək ironiya və rişxəndlə Nikol Paşinyanın namizədini ələ salırlar.

Onlar bildirirlər ki, Paşinyanın bu cür insanlarla seçkilərə qatılması baş nazirin acizliyinin və kadr çatışmazlığının göstəricisidir.

Tural Turan

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı məşhur müğənni qızı ilə birgə hicaba keçdi? - Bu görüntüləri təəccübləndirdi - FOTO

SONRAKI XƏBƏR

Həyat yoldaşı canlı yayımda prezidentin qulağını kəsib - VİDEO