Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi şəhid olub.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Suriya ilə sərhəd xəttində xidmət edən əsgərlər Türkiyə-Suriya sərhədini keçməyə çalışan bir qrup şəxsə “dayan” əmri verib. Buna baxmayaraq, Suriya tərəfindən açılan atəş nəticəsində 29 yaşında türkiyəli hərbçi ağır yaralanıb.

Xəstəxanaya çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: qafqazinfo.az