Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi

Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir.
Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya dövrünün yas mərasimləri - ehsan süfrələri necə açılmalıdır...

SONRAKI XƏBƏR

Hansı rayonlarda orta aylıq pensiya daha yüksəkdir? – SİYAHI