Rusiya sülhməramlıları ermənilərə növbəti humanitar yardım etdi

Rusiya sülhməramlıları ermənilərə növbəti humanitar yardım etdi

Rusiya sülhməramlı kontingenti qondarma Dağlıq Qarabağda məskunlaşan ermənilərə növbəti dəfə humanitar yardım paylayıb. Yardım 800 nəfər üçün nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə "SputnikArmenia" saytı məlumat verib.

Bildirilib ki, ümumi çəkisi 1 tona yaxın humanitar yük - ayaqqabı, geyim və məişət əşyaları, həmçinin şagirdlər üçün məktəb ləvazimatlarından ibarət olub.

Mənbə: redaktor.az