“Keyfiyyətsiz raketlər” işi üzrə ittiham edilən Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmilərinin və Ermənistanın silah tədarükçüsü Davit Qalstyanın (Patron Davit) iki aylıq həbs müdddəti tamam olur. Ordu.az xəbər verir ki, Qalstyanın vəkili Armen Harutyunyan müştərisinin həbs müddətini uzatmaq vəsatətinin müzakirə edilddiyini qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinə göndərilən sorğuların cavabları da məhkəməyə təqdim edilib.
Harutyunyan bildirib ki, raketlərin keyfiyyətlə bağlı heç vaxt probleminin olmadığı təsdiqlənib.
Alpər Mövludoğlu
Ordu.az
Mənbə: ordu.az