Ukrayna Prezidenti ölkədə dövlət çevrilişinin planlaşdırıldığını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını bildirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə noyabrın 26-da keçirdiyi mətbuat konfransında açıqlayıb.

V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: “Bunun üçün milyardlarla dollar ayrılıb”.

Dövlət başçısı vurğulayıb ki, dövlət çevrilişinə və bunda iş adamının iştirakına inanmır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Apple eynəkləri 2022-ci ilin sonunda olacaq

SONRAKI XƏBƏR

Zelenski Rusiya ilə müharibə ehtimalı olduğunu deyib