Zelenski Rusiya ilə müharibə ehtimalı olduğunu deyib

Zelenski Rusiya ilə müharibə ehtimalı olduğunu deyib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı olduğunu bildirib.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Zelenski mətbuat konfransında bildirib.
O, müxtəlif media orqanlarında bununla bağlı çox “hədə-qorxu” olduğunu deyib:
“İnanıram ki, belə bir ehtimal hər gün ola bilər, amma bu gün hədə-qorxu var. Demək istəyirəm ki, bəzi yerlər media vasitəsilə qorxudur ki, sabah müharibə olacaq”.
Zelenski həmçinin bildirib ki, yaxın vaxtlarda onun ofisinin rəhbəri Rusiya hakimiyyəti ilə əlaqə saxlayacaq.

Mənbə: www.yeniavaz.com