Prezident: "Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib"

Prezident: "Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib"

Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər (26.11.2021 - red) Ermənistan tərəfə verilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib.

“Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik.”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Mənbə: azertag.az