Baydenin müşaviri Yermakla danışdı: Rusiya ilə gərginlik...

Baydenin müşaviri Yermakla danışdı: Rusiya ilə gərginlik...

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna sərhədində gərginliyin azaldılması ilə bağlı məsələləri müzakirə ediblər. Sallivan və Yermak tərəflərin gərginliyi azaltmaq üçün diplomatik səylərin göstərilməsi barədə razılaşıblar.

 

Mənbə: axar.az