Fransa birgə toplantı üçün Britaniyaya yolladığı dəvəti ləğv etdi

 

Son dövrlərdə Fransa və Britaniya arasında yaşanan gərginlik azalmaq bilmir.

Budəfəki narazılıq miqrasiya siyasətilə bağlıdır.

Xatırladaq ki, noyabrın 24-də Fransa sahillərində 27 miqrantın ölümüylə nəticələnən gəmi qəzası baş verib. Bununla bağlı Britaniya Baş naziri Boris Conson Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.

Məktubda görülməsi vacib konkret tədbirlər göstərilərək, Fransanın miqrasiya məsələsinə daha çox diqqət ayırması tövsiyə olunub.

Rəsmi sənədin Conson tərəfindən “Twitter” hesabında paylaşılması isə rəsmi Parisi hiddətləndirib. Fransa tərəfi hökumət başçısının məktubunu ölkənin miqrasiya siyasətinə hörmətsizlik kimi dəyərləndirib.

Məhz bu səbəbdən də noyabrın 28-də Fransanın Kale şəhərində Avropa Birliyi ölkələrilə miqrasiya mövzusunda keçiriləcək birgə toplantıda iştirak etmək üçün Britaniyaya göndərilən dəvət ləğv edilib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

SONRAKI XƏBƏR

Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub