Prezident İlham Əliyevin Soçiyə səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Soçiyə səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Tbilisi, 27 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri və keçirdiyi görüşlər Gürcüstan KİV-nin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın “24news.ge”, “aktual.ge” və “interpress.ge” informasiya portalları, ictimai televiziyası (1tv.ge) Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş eləcə də, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş barədə ətraflı məlumat yayıblar.

Azərbaycan, gürcü və ingilis dillərində AZƏRTAC-a istinadla yayımlanan məlumatlarda həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə müzakirə olunan məsələlər, eləcə də Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin bəyanatı barədə oxuculara məlumat çatdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az