“Qoşunlar sərhədə çəkilir, məqsəd budur ki...” – Lukaşenko

“Qoşunlar sərhədə çəkilir, məqsəd budur ki...” – Lukaşenko

 

“Əfqanıstandan olan qaçqınlar Ukrayna vasitəsilə Avropa Birliyi ölkələrinə getməyə çalışacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, aylardır Belarus-Polşa sərhədində gözləyən miqrantların yeni yol tapmaq məqsədilə Ukraynaya doğru hərəkət edə biləcəyini iddia edib.

Lukaşenkonun sözlərinə görə, bu məsələ Belarus tərəfini ciddi şəkildə narahat edir:

“Bunu bilən Ukrayna qaçqınlara mane olmaq üçün qoşunlarını öz sərhəddinə çəkməyə başlayıb”.

Mənbə: teleqraf.com