Ərdoğan Türkmənistana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük səfər üçün sabah Türkmənistana gedəcək.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak edəcək.

Bundan başqa, səfər zamanı iki ölkə arasındakı münasibətlər bütün aspektlərdə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq.

Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan başqa görüş çərçivəsində digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

“Qoşunlar sərhədə çəkilir, məqsəd budur ki...” – Lukaşenko

SONRAKI XƏBƏR

Sakit okeanda nəhəng diş tapıldı